Rus işğalçıları Nikolayev aeroportuna daxil olub. Ukrayna hərbçiləri hücuma keçir.
Bu sözləri Nikolayev vilayət administrasiyasının rəhbəri Vitali Kim deyib.
“Biz hücuma keçirik. Rus ordusu bizim aeroporta girib. Digər istiqamətlərdə onları məğlub etdik. Burda da onları məhv edəcəyik. Hər şey yaxşı olacaq”, - o qeyd edib.
***
Rus işğalçıları Nikolayev aeroportundan çıxarılıb.
Bu barədə administrasiya rəhbəri Vitali Kim məlumat yayıb.
"Aeroport bizimdir. Biz öldürdük. Doğrudur, təyyarələr indi uça bilmirlər, lakin hava limanı bizimdir. Bu, dəqiqdir. Rus hərbçiləri özlərini itiriblər. Balaca "kirpilər" kolluqların arasında qaçır, nə edəcəklərini bilmirlər. İndi biz onları tapacağıq".///axar.az