Qazaxda 8 yaşlı qızı maşın vurdu

17:25 - 7 Mart 2022 - HADİSƏ

Qazax rayonunda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə rayonun Hüseynbəyli kəndində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2014-cü il təvəllüdlü İ. Nəsiblini vurub.

Azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Xəbərə görə, piyadanı vuran avtomobil hadisə yerindən uzaqlaşıb.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti