Rusiya-Ukrayna nümayəndə heyətləri arasında danışıqların III raundu yerli vaxtla saat 16:00-a planlaşdırılıb.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Mixail Podolyak Tvitter səhifəsində yazıb.
O bildirib ki, nümayəndə heyətinin tərkibində heç bir dəyişiklik yoxdur.
Qeyd edək ki, bundan öncə Rusiya nümayəndə heyəti Ukrayna ilə danışıqların III raundunda iştirak etmək məqsədilə Belarus səfərə gedib.
Tərəflər arasında ilk iki görüş 28 fevral və 3 mart tarixlərində Belarusda keçirilib.///axar.az