Kiyevin ətrafı artilleriya atəşinə tutulur

13:15 - 7 Mart 2022 - DÜNYA

Ukraynanın paytaxtı Kiyev ətrafına şiddətli artileriya atəşləri davam edir.

“Report”un məlumatına görə, ötən axşamdan Rusiya Silah Qüvvələrinin hücumları ilə müşayiət olunan paytaxtın şimal-qərb, şimal-şərq və şərq istiqamətində hələ də atəş səngiməyib.

Ağır artilleriya atəşləri paytaxtın mərkəzində də aydın eşidilir.

Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi martın 7-də yerli vaxtla saat 10.00-dan etibarən Ukraynada sükut rekimi elan etdiyini açıqlayıb.

Xəbər xətti