“Brent” nefti son 10 ildə rekord həddə bahalaşıb
08:20 - 7 Mart 2022 - İQTİSADİYYAT
“Brent” markalı neftin bir barel üçün qiyməti 130 ABŞ dollarını keçərək 2012-ci ilin ən yüksək qiyməti olan 128 dolları ötüb.
Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.
Bakı vaxtı ilə saat 3:28-ə olan məlumata görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 9,35% artaraq bir barel üçün 129,06 dollar olub. WTI markalı aprel fyuçersləri 9,68% artaraq 126,12 dollara çatıb.
Eyni zamanda, ticarət məlumatlarına görə, saat 3:06-da “Brent” markalı neftin qiyməti təxminən 130,3 dollara çatıb. Maksimal qiymət 130,89 dollar olub.