Bakıda ər və arvadını avtomobil vurub

08:01 - 7 Mart 2022 - HADİSƏ

Bakının Xəzər rayonunda yol qəzası zamanı iki nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Qala qəsəbəsində qeydə alınıb. Magistral şossenin əks tərəfinə keçmək istəyən 1983-cü il təvəllüdlü Ağayeva Arzu Məhəmməd qızı və onun həyat yoldaşı 1979-cu il təvəllüdlü Ağayev Zaur Məhəmməd oğlunu minik avtomobili vurub. Yaralılar xəstəxanaya çatdırılıb. A.Ağayevanın vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Xəbər xətti