Qəbələdə 23 yaşlı qız öldürülüb
13:33 - 6 Mart 2022 - HADİSƏ
Qəbələ rayonunda qətl hadisəsi törədilib.
APA-nın xəbərinə görə 1999-cu il təvəllüdlü Aytac Əliyevanın meyiti binanın blokundan tapılıb.Onun xüsusi işgəncə ilə öldürüldüyü bildirilir.
Hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.
Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.