Rusiyanın Ukraynada itirdiyi aviasiyanın sayı açıqlanıb
08:42 - 6 Mart 2022 - DÜNYA
Rusiya ordusunun Ukrayandakı müharibə zamanı aviasiya texnikasının itkisi 44 təyyarə və 44 helikopterdir.
“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.
Qeyd edilir ki, dünən Rusiya ordusu Ukrayna ordusunun hava hücumundan müdafiə qüvvələri tərəfindən itkiyə məruz qalıb. Xüsusən üç helikopter Ukrayna Hərbi Dəniz Qüvvələrinin dəniz piyadası tərəfindən vurulub.