Mastercard Rusiyada fəaliyyətini dayandırır

08:20 - 6 Mart 2022 - DÜNYA

ABŞ-ın Mastercard maliyyə korporasiyası Rusiyada fəaliyyətini dayandırıb. APA-nın xəbərinə görə, müvafiq məlumat şirkətin saytında yerləşdirilib.Bildirilir ki, korporasiya Rusiyaya qarşı sanksiyalar fonunda bu ölkədə xidmət göstərməyi dayandırır. Bununla da, Rusiya banklarının verdiyi kartlar ölkə hüdudlarından kənarda işləməyəcək. Mastercard şirkəti həmçinin qeyd edib ki, qanunla icazə verildiyi təqdirdə yenidən Rusiyada əməliyyatları davam etdirməyə hazırdır.

Xəbər xətti