Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Nizami Gəncəvi prospektində qeydə alınıb. Hərəkətdə olan 11 saylı xətt üzrə işləyən "İsuzu" markalı avtobus yolu keçmək istəyən orta yaşlı kişini vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.