Rusiya hərbçiləri Moskva vaxtı ilə saat 18:00-dan Ukraynada hücum əməliyyatlarını bərpa edib.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya MN-nin sözçüsü general-mayor İqor Konaşenkov jurnalistlərə bildirib.
“Kiyevin millətçilərə təsir etmək və ya susqunluğu uzatmaq istəməməsi səbəbindən əməliyyatlar bərpa edilib”, - o qeyd edib.