Rusiya-Ukrayna danışıqlarının iştirakçısı qətlə yetirildi - FOTO

16:15 - 5 Mart 2022 - DÜNYA

Belarus ərazisində Rusiya nümayəndə heyəti ilə danışıqlarda iştirak etmiş Ukrayna nümayəndə heyətinin üzvü Denis Kireyev Kiyevdə güllələnib.

APA-nın "Ukrainskaya Pravda"ya istinadən verdiyi xəbərə görə, dövlətə xəyanətdə şübhəli bilinən Kireyev Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən saxlanılarkən güllələnib.

Onun artıq öldüyü bildirilir.
Siyasi dairələrdəki mənbələr bildirib ki, Təhlükəsizlik Xidmətində telefon danışıqları da daxil olmaqla, Kireyevin xəyanətinə dair aydın sübutlar var idi.

 


Xəbər xətti