Xersonda baş verən mitinq zamanı qəribə hadisə qeydə alınıb.
Belə ki, ukraynalılar Rusiya ordusuna məxsus ZTR-in üstünə əllərində Ukrayna bayrağı ilə çıxıblar.
Belə halda zirehli maşın şəhər küçələrini gəzib.
Bu davranış mitinqçilər arasında böyük coşqu ilə qarşılanıb.