Bakıda avtomobil işıq dirəyinə çarpıldı, ölən var

13:35 - 5 Mart 2022 - HADİSƏ

Bakıda avtomobil işıq dirəyinə çarpılıb, qadın ölüb.

Bu barədə Ucnoqta.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 5-də saat 1 radələrində Nərimanov rayonu ərazisində paytaxt sakini F.Yeqanlı BMW markalı avtomobili yolun kənarındakı işıq dirəyinə vurub.

Nəticədə avtomobildəki sərnişinlərdən Röyalə Səmədova hadisə yerində ölüb, sürücü və digər sərnişin xəstəxanaya yerləşdiriliblər.

Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xəbər xətti