"Ural Hava Yolları" Azərbaycana uçuşlarını dayandırdı

12:15 - 5 Mart 2022 - DÜNYA

“Ural Hava Yolları” aviaşirkəti Azərbaycana martın 5-dən 26-dək nəzərdə tutulan uçuşlarını dayandırıb.

Bu barədə məlumatı aviaşirkət yayıb.

Bildirilir ki, qərar mövcud geosiyasi vəziyyətə görə verilib. Aviaşirkət mart ayında Azərbaycanla yanaşı, Ermənistana, İsrailə, BƏƏ-yə nəzərdə tutulan uçuşlarını ləğv edib.///report

Xəbər xətti