Paytaxtda avtomobil yeniyetməni vurdu

09:09 - 5 Mart 2022 - HADİSƏ

Bakıda avtomobil 14 yaşlı yeniyetməni vurub.

Hadisə Nərimanov rayonunda qeydə alınıb.

Həsən Əliyev küçəsində 2008-ci il təvəllüdlü Cəfərov Mühəmməd Etibar oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Muayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti