Bakıda kişi həyat yoldaşını bıçaqlayıb
06:15 - 5 Mart 2022 - HADİSƏ
Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Qobu park yaşayış sahəsində baş verib.
Belə ki, Ağdam rayon sakini 1992-ci il təvəllüdlü Ağayeva Minayə Fəğani qızı yaşadığı evdə əri ilə mübahisə zamanı bıçaqlanıb. O, bədənin müxtəlif sahələrinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.