Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən məlumat verilib.
Məlumata əsasən, danışıq əsnasında Rusiya-Ukrayna böhranı başda olmaqla, bölgədə baş verən son hadisələr, eləcə də Türkiyə ilə Birləşmiş Krallıq arasındakı münasibətlər müzakirə edilib.
Rusiya-Ukrayna böhranının tezliklə aradan qaldırılması və atəşkəsin təmin edilməsi istiqamətində səylərini davam etdirdiklərini ifadə edən Prezident Ərdoğan Türkiyənin terrorla mübarizədə NATO müttəfiqlərindən səmimi dəstək gözlədiyini bir daha vurğulayıb.