Tovuz rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun İbrahim Hacılı kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili ilə firmalardan birinə məxsus kiçiktutumlu yük avtomobili toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü R.Abdıyev, onun həyat yoldaşı, 1986-cı il təvəllüdlü S.Abdıyeva və kiçiktutumlu yük avtomobilinin sürücüsü, Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü E.Əliyev xəsarət alıblar. Hər üçü xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.///report