Qaxda fəaliyyət göstərməyən pivə zavodunda yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qax şəhərində yerləşən pivə zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN Dövlət Yanğından Mühafizə Xidməti Qax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Belə ki, yanğın pivə zavodunun ərazisində yerləşən qazanxanada baş verib.
Yanğınsöndürənlər tərəfindən yanğının geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində sahəsi təqribən 360 kvadratmetr olan tikilidə qazanxana 40 kvadratmetr sahədə yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.
Yanğından olan əməliyyat görüntülərini təqdim edirik: