İmişlidə avtomobil dərəyə aşıb, ölən var

11:32 - 4 Mart 2022 - HADİSƏ

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə İmişli rayonunun Qaravəlili kəndində “Mercedes” markalı minik avtomobilinin dərəyə aşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti