Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza Mərdəkan qəsəbəsində qeydə alınıb.
1972-ci il təvəllüdlü Məmmədov Hüseyn Vaqif oğlu Yeni bazar adlanan ərazidə yolun əks istiqamətinə keçərkən onu minik avtomobili vurub. Yaralı müxtəlif bədən xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.