Moldova Aİ-yə üzvlük üçün müraciət edəcək

22:25 - 3 Mart 2022 - DÜNYA

Moldova hakimiyyəti Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə verəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Moldova Prezident Maya Sandu keçirdiyi brifinqdə deyib.

"Bu gün biz Moldovanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayacağıq. O, Fransa prezidenti Emmanuel Makrona göndəriləcək", - Sandu bildirib.

Ölkə başçısı sənədi parlamentin spikeri İqor Qrosu və baş nazir Natalya Qavrilitsa ilə birgə imzalayıb.

Xəbər xətti