Ukrayna və Rusiya nümayəndə heyətləri humanitar dəhliz açılması və müvəqqəti atəşkəslə bağlı razılığa gəldilər.
Ucnoqta.az xəbər verir ki, bunu TASS agentliyinə Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Vətəndaşların evakuasiyası, ərzaq və dərmanların çatdırılması üçün humanitar dəhlizlərin təmin edilməsinə dair razılığa gəlinib”.