Biləsuvarda motosiklet sürücüsü zəncirvarı qəzada dünyasını dəyişib.
Qəza rayonun Nəsimikənd kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü Yavər Şükürov motosikletlə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsinin toqquşduğu "VAZ" markalı minik avtomobili "KAMAZ"a çırpılıb. Motosikletin sürücüsü aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.///apa