Məhkəmədən Göyçayda qız qaçıran ata və oğul barədə QƏRAR

19:17 - 3 Mart 2022 - HADİSƏ

Göyçayda 21 yaşlı qızı qaçıran ata və oğlu məhkəmə qarşısına çıxarılıb.

 Göyçay Rayon Məhkəməsində keçirilən prosesdə istintaq orqanının təqdimatı təmin edilib.

Qərara əsasən, Mahmud Əliyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. M.Əliyevin atası Feyruz Əliyevə isə ev dustaqlığı verilib.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, fevralın 26-sı Göyçay rayonu ərazisində A.Ə.-nın (ad şərtidir) həmkəndlisi Ə.M (ad şərtidir) və atası A.M (ad şərtidir) tərəfindən evlənmək məqsədi ilə sonuncunun iradəsinə zidd olaraq qaçırılaraq oğurlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Göyçay Rayon Polis Şöbəsinə tapşırılıb.///Apa

Xəbər xətti