“Danışıqlara hazırıq, lakin əməliyyatlar davam edəcək” - Lavrov

14:57 - 3 Mart 2022 - SİYASƏT

Rusiya Ukrayna ilə danışıqlara hazırdır, lakin təhlükə yaradan infrastrukturun və silahların məhv edilməsi əməliyyatını davam etdirəcək.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici mediaya müsahibəsində bildirib.

“Biz danışmağa hazırıq, lakin əməliyyatımızı davam etdirəcəyik, çünki biz Ukraynada Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən infrastrukturu saxlaya bilmərik”, - Lavrov vurğulayıb.

Xəbər xətti