Ukraynanı bir milyona yaxın qaçqın tərk edib - BMT

12:04 - 3 Mart 2022 - DÜNYA

Ukraynada hərbi əməliyyatların davam etdiyi bir həftə ərzində ölkəni bir milyona yaxın qaçqın tərk edib.

Bunu BMT-nin qaçqınların işi üzrə ali komissarı Filippo Qrandi öz "Twitter" səhifəsində yazıb.

"Cəmi yeddi gün ərzində biz Ukraynadan bir milyon qaçqının qonşu ölkələrə keçməsinin şahidi olmuşuq. Ukrayna daxilindəki digər milyonlarla şəxsə yardım göstərilməsi üçün isə topların susmasının vaxtıdır", - BMT nümayəndəsi yazıb.

Xəbər xətti