Brent markalı neftin qiyməti 2013-cü il sentyabrın 9-dan bəri ilk dəfə olaraq bir barel üçün 116 dolları ötüb.
Ticarət platformasının məlumatına görə, Bakı vaxtı ilə saat 06.48-ə Brent markalı neftin may fyuçersləri 1,81 faiz artaraq bir barel üçün 116,63 dollar çatıb.
Qərbi Texas markalı neftinin aprel fyuçersləri 2,8 faiz artaraq 113,70 dollar olub.