Goranboyda avtomobil ustası bıçaqlanıb

09:02 - 3 Mart 2022 - HADİSƏ

Goranboyda bıçaqlanma hadisəsi olub.

Rayonun Düzqışlaq kənd sakini, 1992-ci il təvəllüdlü R.Mansurov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs onun həmkəndlisi, 1981-ci il təvəllüdlü E.Məmmədovdur. O, polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, R.Mansurov avtomobil ustasıdır. Hadisəni törətməkdə şübhəli bilinən isə onun müştərisidir.

Faktla bağlı araşdırmalara başlanılıb.///report

Xəbər xətti