BMT Rusiya ilə bağlı qətnamə qəbul etdi

22:55 - 2 Mart 2022 - DÜNYA

BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində Rusiyanın Ukraynada hərbi əməliyyatlarını pisləyən qətnamə qəbul edilib.

Ucnoqta.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 141 ölkə qətnamənin lehinə, 5 ölkə əleyhinə səs verib, 35 ölkə bitərəf qalıb.

Qətnamədə Rusiyanın Ukraynada hərbi əməliyyatlar aparması pislənilir. Həmçinin Rusiyadan hərbi əməliyyatları təcili dayandırmaq tələb edilir.

Xəbər xətti