Ukrayna-Rusiya danışıqları BAŞ TUTMADI

21:45 - 2 Mart 2022 - DÜNYA

Ukrayna nümayəndə heyəti Rusiya ilə danışıqlara martın 3-də gələcək. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, Görüşün təxirə salınması faktını Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib.

Görüş Belarusun Belovejskaya Puşça şəhərində baş tutacaq. Medinskinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti artıq Kiyevi tərk edib və martın 3-ü səhər saatlarında gələcək.

O, həmçinin bəyan edib ki, Rusiya hərbçiləri Ukrayna nümayəndə heyətinin Ukrayna ərazisindən keçməsi üçün təhlükəsizlik dəhlizini təmin edir.

Danışıqların birinci raundu fevralın 28-də baş tutub. Görüş beş saat davam edib. Bundan sonra Kiyev bəyan edib ki, tərəflər prioritet mövzuları müəyyənləşdirib, onlar üzrə bəzi qərarlar qəbul ediblər.

Xəbər xətti