Oğuzda avtomobil ilə at arabası toqquşub, heyvan tələf olub, sahibi xəsarət alıb

18:15 - 2 Mart 2022 - HADİSƏ

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik avtomobili at arabası ilə toqquşub.

Nəticədə at arabasının sahibi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı at isə tələf olub.

Faktla bağlı araşdırma aparılır.

 


Xəbər xətti