Uşaq yaşda artıq çəkisi olanların 80 faizi həmişə kök qalır - SN

15:15 - 2 Mart 2022 - Cəmiyyət

“Piylənmə 95-96 faiz hallarda qəbul edilən kalorinin yandırılmaması səbəbindən ortaya çıxır”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirib. Onun sözlərinə görə, uşaqlarda piylənmə nəzərdən qaça bilər, lakin böyüklərdə bunun nəzərə çarpmaması mümkün deyil:

“İnsanlar öz çəkilərini boylarının kvadratına bölərək nə qədər artıq çəki aldıqlarını öyrənə bilərlər. Əldə olunan rəqəm 25-dən yuxadırsa artıq çəki, 30-dan yuxarıdırsa piylənmə, 40-dan yuxarı olduqda isə ağır piylənmə sayılır”.

O qeyd edib ki, uşaq və yetkin yaşlarda artıq çəki alanların 80 faizi hər zaman kök qalır:

“Cəmi 5 faiz insan sonradan arıqlaya bilir” – o əlavə edib.///Apa

 

Xəbər xətti