Yeni rəis 23 yaşında bank rəhbəri olub - DOSYE

13:30 - 2 Mart 2022 - Xəbər

Bu gün Vəli Eldar oğlu Quliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəisi təyin olunub.

Ucnoqta.az Oxu.az-a istinadən xəbər verir ki, yeni rəis 1984-cü ildə Sumqayıt şəhərində anadan olub.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.

O, 2007-ci ildən “ParaBank”ın İdarə Heyətinin sədri olub.

2016-cı ildən isə Parabokt adı ilə “bank olmayan kredit təşkilatı” (BOKT) kimi olduqda da sədr vəzifəsini yerinə yetirib.

2020-ci ildən bu günədək əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün V.Quliyev Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.

Xəbər xətti