Bu gün keçirilən hərracların açılışında Avropada qazın 1 000 kubmetrinin qiyməti demək olar ki 1 600 ABŞ dollarını ötüb.
2 mart tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) aprel fyuçerslərinin qiyməti 1 607 dollar təşkil edib, bu da gün ərzində 15% artım deməkdir.///apa