Ruslar texnikalarını Xarkovda qoyub qaçdı – FOTO

09:50 - 2 Mart 2022 - DÜNYA

Rus ordusu mənəvi cəhətdən sınıb, əsgərlər ya Ukrayna hərbçilərinə təslim olurlar, ya da texnikalarını atıb piyada qaçırlar. Hara qaçdıqlarını heç kim bilmir.

Bu barədə UNN portalı məlumat yayıb.

Məlumata görə, bu dəfə rus hərbçiləri öz texnikalarını Xarkov vilayətinin Bezruki kəndində tərk edərək, qaçıblar. Xarkov yaxınlığındakı döyüşdə isə Ukrayna ordusu Rusiya Silahlı Qüvvələrinin 200-cü motoatıcı briqadasına məxsus 6 ədəd T-80 BVM tankını ələ keçirib.///axar.az

Xəbər xətti