Çox güclü antirusiya koalisiyası yaranıb. Müharibəni dərinləşdirməkdənsə, atəşkəslə bağlı danışıqlara başlamaq lazımdır. Müharibəni dərinləşdirmə və yaymaq həddinə çatdırsalar, çox ciddi məsuliyyət daşıyacaqlar.
Bu açıqlama ilə Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın çıxış edib.
“Putinin əsas məqsədi Ukrayna deyil. O, Qərblə daha böyük sövdələşmə etmək istəyir. O, Ukraynaya əl qaldırmağa çalışır. Bir ölkəni işğal etmək ədalətli və qanuni deyil. Biz Rusiya ilə körpüləri qırmadan, Ukraynanı dəstəkləməklə, Qərblə əlaqə saxlamaqla davam edirik. Bu məsələlər növbəti onilliklərdə də bizi məşğul edəcək. Bunun əsası Rusiya ilə Qərb arasında qurulmalı olan “qazan-qazan” münasibətləridir”, - Kalın qeyd edib.///axar.az