Zaqatalada 63 yaşlı piyadanı maşın vurub

09:09 - 2 Mart 2022 - HADİSƏ

Zaqatalada 63 yaşlı piyadanı maşın vurub.

APA-nın məlumatına görə, hadisə martın 1-i axşam saat 22;30-da Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun 132-ci kilometrliyində, Zaqatala rayonu ərazisindən keçən hissəsində baş verib.

1968-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Şamil oğlu Abbasov idarə etdiyi "VAZ 21074" markalı 99 VS 781 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri istiqamətində hərəkətdə olarkən piyada 1959-cu il təvəllüdlü Əliheydər Böyükxan oğlu İslamovu vurub.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ə. İslamov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasıya şöbəsinə yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

Xəbər xətti