"Brent" neftinin qiyməti 107 dolları ötüb
07:29 - 2 Mart 2022 - İQTİSADİYYAT
"Brent" neftinin qiyməti son 8 ildə ilk dəfə 107 dolları ötüb.
"Report" bu barədə ICE London Fond Birjasının məlumatlarına istinadən xəbər verir.
ICE birjasında 2022-ci ilin may tədarükü ilə bu markalı neftin fyuçers müqaviləsinin dəyəri 9,49% artıb.
Hazırda "Brent" markalı neftin qiyməti bir barel üçün 107,27 dollar təşkil edir.
WTI markalı xam neftin isə fyuçers müqaviləsinin dəyəri 8,61% artaraq bir barel üçün 103,96 dollar təşkil edib.