Rusiya "Kalibr"lə hərbi bazanı vurdu

07:08 - 2 Mart 2022 - DÜNYA

Ukraynanın Jitomir şəhərində 95-ci hava-hücum briqadasının bazasına “Kalibr” raketləri ilə zərbə endirilib.

Ucnoqta.az xəbər verir ki, hücum nəticəsində bazaya bitişik yaşayış evlərində də dağıntılar baş verib. İlkin ehtimala görə, 10 ev zərər görüb. Evlərdən 3-də yanğın başlayıb.

Zərərçəkənlərin sayı ilə bağlı məlumat verilmir.

Xəbər xətti