“Anonymous” hakerlər qrupu növbəti dəfə Rusiyanın dövlət resurslarına kiberhücum təşkil edib.
Bu barədə qrupun sosial şəbəkə səhifəsindən məlumat yayılıb. Bildirilb ki, hakerlərin budəfəki hədəfi Rusiya İqtisadi İnkişaf Nazirliyi olub.
Məlumata görə, kiberhücum nəticəsində nazirliyin məlumat bazası “sındırılıb”.
Qeyd edək ki, “Anonymous” Ukraynaya hərbi müdaxiləsi səbəbindən Rusiyaya müharibə elan edib.///oxu.az