Ukrayna prezidenti Volodimir Zelenskini aradan götürmək istəyən “kadırovçular” zərərsizləşdirilib.
Bu barədə Ukrayna Təhülkəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov telemarafon zamanı məlumat verib.
“Kadırovun xüsusi olaraq prezidentimizə sui-qəsd üçün buraya gəlmiş elit qrupu Qostomeldə birbaşa məhv edilib”, - Danilov bildirib.