Rusiya ilə Ukrayna arasında əsirlər dəyişdirilib - VİDEO

18:41 - 1 Mart 2022 - DÜNYA

Ukraynanın Sumı vilayətində əsirlərin dəyişdirilməsi üçün “yaşıl dəhliz” yaradılıb.

APA “Unian.net” saytına istinadən xəbər verir ki, əsirlərin dəyişdirilməsi üçün dəhlizin yaradılmasına Ukrayna Prezidenti Volodimir Zelenski göstəriş verib.

“Yaşıl dəhliz” vasitəsilə Ukraynanın 5 əsgəri Rusiyanın bir zabiti ilə dəyişdirilib.

 

Xəbər xətti