Ağsuda baş verən qəzadan xilasetmə görüntüləri - VİDEO

15:14 - 1 Mart 2022 - HADİSƏ

Ağsu rayonu ərazisində baş verən qəzada yaralanan şəxsin xilasetmə videosu yayılıb. 

Hadisə rayonun Nəmirli kəndində “Shacman” və “КаmАZ” markalı iki yük avtomobili toqquşub.

Nəticədə 1 nəfərin avtomobildə sıxılı vəziyyətdə qalıb. 

Dərhal hadisə yerinə cəlb olunan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu Rayon Yanğından Mühafizə Hissəsinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış “Shacman” markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.///oxu.az

Xəbər xətti