Raket atəşi zamanı Azərbaycanın Xarkovdakı konsulluğunun binasına ziyan dəyməyib

12:16 - 1 Mart 2022 - DÜNYA

Bildiyiniz kimi az öncə Xarkov şəhərinin mərkəzi raket zərbəsi ilə vurulub. Azərbaycanın fəxri konsulluğunun bu əraziyə yaxın yerləşməsini nəzərə alaraq qeyd etmək istərdik ki, konsulluq binasına ziyan dəyməyib.

Bu barədə konsulluqdan bildirilib.

“Hazırda fəaliyyətimizi ştat rejimində davam etdiririk və yaxın saatlarda həmvətənlərimizin növbəti qrupunu evakuasiya edəcəyik.

Həmvətənlərimizi bir daha təmkinli olmağa çağırır, olduqları yerlərdə qalmalarını tövsiyə edirik.

Evakuasiya ilə bağlı ətraflı məlumat qısa müddət ərzində veriləcək”, - qeyd olunub.

 

Xəbər xətti