Cəlilabadda 63 yaşlı kişi intihar edib
08:42 - 1 Mart 2022 - HADİSƏ
Cəlilabad rayonunda intihar hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb.
İlkin məlumata görə, 1959-cu il təvəllüdlü Hüseynov Ramiz yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.