Sumqayıtda "Mercedes" "Shacman"la toqquşub, ölən var

00:04 - 1 Mart 2022 - HADİSƏ

Sumqayıtda "Mercedes" markalı avtomobil ilə yük maşını toqquşub, ölən və yaralılar var.

Qəza Bakı-Quba avtomobil yolunun Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" markal minik avtomobili "Shacman" markalı yük avtomobili ilə toqquşub.

Ağır qəza nəticəsində minik avtomobilinin sürücüsü 1955-ci il təvəllüdlü Adışov Əliş Qarakişi oğlu hadisə yerində dünyasını dəyişib.
Minik avtomobilində olan sərnişinlər - 1986-cı il təvəllüdlü Həsənova Sevinc Zeyibşah qızı, 1971-ci il təvəllüdlü İsakova Gülarə Minacəddin qızı,1972-ci il təvəllüdlü İsakova Lətifə Lətif qızı müxtəlif bədən xəsarətləri alaraq Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Daha bir nəfər 1991-ci il təvəllüdlü İsakov Şəhriyar Bəxtiyar oğluna isə tibbi yardım göstərilərək ambulator müalicəyə buraxılıb.

Qəzada ölən şəxsin meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya birliyinin Sumqayıt şəhər şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti