Dünyanın enerji nəhənglərindən olan “Shell” “Saxalin 2” layihəsi də daxil olmaqla, “Qazprom” və “Qazprom Neft” ilə birgə müəssisələrdən çıxmaq və “Şimal axını 2”də iştirakını dayandırmaq qərarına gəlib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, şirkətin bəyanatında bildirilib.
"Bu gün Qazprom və əlaqəli qurumlarla, o cümlədən Saxalin-2 maye qaz zavodunda 27,5% pay və Salym Petroleum-da 50% pay da daxil olmaqla, birgə müəssisələrdən çıxmaq niyyətini açıqlayıb. “Şell” həmçinin “Şimal axını 2” layihəsində iştirakını dayandırmaq niyyətindədir”, - bəyantda deyilir.
Qeyd olunub ki, müvafiq qərar Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlar səbəbindən qəbul edilib.