Avropa İttifaqı Peskov və rusiyalı oliqarxları "qara siyahı"ya saldı - SİYAHI

23:08 - 28 Fevral 2022 - DÜNYA

Avropa İttifaqı (Aİ) Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovu sanksiya tətbiq edilənlər siyahısına daxil edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Aİ-nin yaydığı məlumatda deyilir.

Bundan başqa Rusiya Baş nazirinin müavini Dmitri Çernışenkoya, tikinti naziri İrek Fayzullinə də məhdudiyyətlər qoyulub.

"Qara siyahı"ya daxil edilənlərin yeni siyahısı:

Kremlin sözçüsü Dmitri Peskov

"Rosneft"in icraçı direktoru İqor Seçin

"Transneft"in direktoru Nikolay Tokarev

baş nazirin müavini Dmitri Çernışenko

tikinti naziri İrek Fayzullin

"Şeremetyevo" aeroportunun baş direktoru Aleksandr Ponomarenko

oliqarx Əlişir Usmanov

oliqarx Mixail Fridman

oliqarx Mixail Aven

oliqarx Aleksey Mordaşov

oliqarx Gennadi Timçenko

musiqiçi Sergey Rolduqin

Xəbər xətti